BDU
x = independently organized TED event

Theme: Maraq

This event occurred on
March 12, 2017
12:00am - 5:00pm +04
(UTC +4hrs)
Baku, Bakı
Azerbaijan

Əsas məsələ sual verməyi dayandırmamaqdır...Heç vaxt maraq hissini itirməməkdir.
-Albert Enşteyn
“Maraq”-dahinin əsas xüsusiyyətidir.Bir çox yeni ixtiralar məhz “maraq” –ın nəticəsidir. ”Maraq” uğurun təməli, şəxsi istedadın kəşf edilməsi üçün vacib olan amil, adətən görünməyən yeni dünya və detalları kəşf etmək üçün imkandır. Onlar gündəlik həyatın kənarında qalır və yalnız “maraq” bu sərhədin kənarına baxmağa imkan yaradır. Bununla yanaşı “maraq” heç də birtərəfli anlayış deyil,o bir çox elmlərlə, mədəniyyət və incəsənət ilə əlaqəlidir. Çünki elmlə məşğuliyyət-şəxsi tələbatlarını insanlığa xeyir verməklə əks etdirmək deməkdir.

Ambassador Hotel
934, Samad Vurgun str., Baku, Azerbaijan
Baku, Bakı, AZ 1078
Azerbaijan
Event type:
University (What is this?)
See more ­T­E­Dx­B­D­U events

Speakers

Speakers may not be confirmed. Check event website for more information.

Aynur Zərrintac

Müəllim
Bakı Dövlət Universiteti ilahiyyat fakültəsində təhsil alıb və hazırda da orada çalışır. Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası və Şərq Radiosunun yaradıcılarından biridir. İctimai aktivist, tərcüməçi.

Farid Kazakov

Xoreoqraf
Azərbaycan Respublikasının idman ustası olan Fərid xoreoqrafiya üzrə beynəlxalq Moskva festivalı müsabiqəsinin 2 qat qalibi, Beynəlxalq rəqs olimpiyadasının, “XX Yaradıcılıq olimpiyadası” (Soçi, Rusiya) beynəlxalq yaradıcılıq festivalı müsabiqəsinin qalibidir.

Nuranə Abıyeva

"İşarət dili" üzrə blogger
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsinin məzunu.Əsas fəaliyyət sahəsinin TV-Radio aparıcılığı olması ilə yanaşı "İşarət dili" üzrə seminarlar və tədbirlər keçirdir.

Orxan Adıgözəl

Aktyor,blogger
Blogger, fiziki məhdudiyyətli şəxslərdən formalaşan “Əsa” teatrının aktyorudur.

Qismət Rüstəmov

Şair, esseist, tərçüməçi
Odlar Yurdu Universiteti Jurnalistika və Bakı Slavyan Universiteti Yaradıcılıq fakültələrinin məzunu, "Azadlıq" radiosu, kitab tanıtımları, roman analizləri, nəzəri esselər müəllifi,Xəzər Universiteti, Azərbaycan dili və Ədəbiyyatı fakültəsində müəllim,"Meqapolis hüznləri" kitabının müəllifi.

Rəşad Bayramov

Kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə Azərbaycanda aparıcı ekspertdir.
Onun son on il ərzində qazandığı təcrübə ölkə prezidentləri və iri transmilli şirkət rəhbərləri də daxil olmaqla, müxtəlif VİP auditoriyalar qarşısında çıxışları əhatə edir. Rəşad Bayramovun sonuncu böyük layihəsi yarımfinal və final mətbuat konfranslarında moderator kimi işlədiyi, bütün Avropa üzərində televiziya ilə canlı yayımlanan Eurovision 2012 müsabiqəsidir. Rəşad Bayramov ABŞ-in Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə magistr dərəcəsi alıb.

Rəşid Əliyev

İT mütəxəssis
Bionix Tech və BethClip şirkətlərinin təsisçisi və icraçı direktoru, AMEA-nın Elm və Texnologiyalar Parkının layihələr üzrə aparıcı mütəxəssisi, Azərbaycanda muzeylər üçün proqram yazmış, Amerika Ali Elm Assosiasiyasının üzvüdür

Taleh Yüzbəyov

Teatr və kino aktyorudur
2008-2011-ci illərdə Pantomim teatrında çalışıb. Bir sıra film və reklamlarda rol alıb. Hazırda Nar Mobile şirkətinin marketinq şöbəsində çalışır. Tanınmış video bloggerdir.

Teymur Əliyev

Radio-aparıcı
Bakı Slavyan Universitetini bitirib, AMEA-nın aspirantı, bir neçə elmi məqalənin müəllifidir. 2001-2005-ci illərdə Lider FM, 2005-2007-ci illərdə ANS ÇM və ANS TV-də bir sıra tok-şouların və intellektual müsabiqələrin aparıcısı olub. 2009-2012-ci illərdə Media FM-in baş redaktoru və aparıcısı olub.

Vüsal Məmmədov

Jurnalist
Tanınmış jurnalist. Baki Dövlət Universitetinin məzunu, uzun illər Lider tv-də analitik işləyib, hazırda azvision.az xəbər portalının baş redaktorudur

Yaqub Əlizadə

Dekan müavini
AR DİA-da bakalavr, İngiltərədə magistr təhsili alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dekan müavini

Organizing team

Fidan
Azizova

Oslo, Norway
Organizer

Zamina
Shikhverdiyeva

Co-organizer
  • Etibar Muradlı
    Partnerships/Sponsorship
  • Nurana Akhundzada
    Marketing/Communications