BDU
x = independently organized TED event

Theme: The Magic of Mind

This event occurred on
February 28, 2023
Baku, Bakı
Azerbaijan

In the spirit of ideas worth spreading, TEDx is a program of local, self-organized events that bring people together to share a TED-like experience. At a TEDx event, TEDTalks video and live speakers combine to spark deep discussion and connection in a small group. These local, self-organized events are branded TEDx, where x = independently organized TED event. The TED Conference provides general guidance for the TEDx program, but individual TEDx events are self-organized (subject to certain rules and regulations).

Baku State University
Akademik Zahid Xəlilov küçəsi 33
Baku, Bakı, AZ1148
Azerbaijan
Event type:
University (What is this?)
See more ­T­E­Dx­B­D­U events

Speakers

Speakers may not be confirmed. Check event website for more information.

Elgün Tağızadə

Bakı Dövlət Universitetində müəllim, tədqiqatçı, təlimçi
2014-2015-ci illərdə Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq münasibətlər ixtisasına təhsil almış, 2015-2018-ci illər ərzində SABAH Qruplarında təhsilini davam etdirmişdir. 2016-2017-ci illərdə "YARAT Contemporary Art Space"-də təşkilatçı, bələdçi, koordinasiya intern kimi çalışmışdır. 2017-2018-ci ildə Yapı Kredi Bank Azərbaycan QSC-də Satış və Marketinq Şöbəsində çalışmışdır. 2018-ci ildə 1-ci JAA "İnnovasiya Konfransı və İntensiv Seminarı"-da E-Donor Start-Up ilə "Ən İnnovativ Start-Up" və "Ən Mükəmməl iştirakçı" adlarına layiq görülmüşdür. 2018-2020-ci illərdə BDU-nun Konfliktologiya ixtisasında təhsil almışdır. 2019-cu ildə "NAM"-ın Bakı Sammitində Təşkilat Komitəsində çalışmışdır. 2020-ci ildən başlayaraq BDU-da müəllim olaraq işləməyə başlamışdır. 2020-2022-ci ildə "EPSC"-də "Deputy Director" və tədqiqatçı vəzifəsində çalışmışdır. 2021-ci ildə BDU-nun Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura pilləsinə qəbul olmuşdur və hal-hazırda təhsilini davam etdirir.

Həsən Hüseynsoy

Layihə təsisçisi və rəhbəri
Gənclər sferasında bir neçə uğurlu layihənin təsisçisi və rəhbəridir. "Çağdaş Gənclər Portalı" gənc sferasında təlimlərin paylaşılması və daha çox tələbəyə əlçatan olması, eləcə də bir sıra təlimlərin təşkili baxımından səs salmış layihəsidir. "Kitupchi - Kitabçılar Portalı" külli miqdarda elektron kitabların gənclərə ödənişsiz əlçatan olması baxımından uğurlu layihələrindən biridir. Telegram sosial şəbəkəsində Azərbaycan üzrə, xüsusən təhsil sahəsi üzrə ilk və uğurlu botlardan biri olan "Yaxşı Bot"-un yaradıcısıdır.

Hüseyn Bağırov

Tədqiqatçı, Təlimçi, Mentor
2018-ci ildə Respublikanın ən yaxşı natiqi adına layiq görülüb. Loqos Psixoloji Mərkəzində intellektual oyunlar departamentinə rəhbərlik edib. Marketinq direktoru, kopirayter, satış təmsilçisi kimi vəzifələrdə çalışıb. 2019-cu ildə BDU-da Natiqlik klubunun qurucularından biri olub. 2020-2022-ci illərdə kluba sədrlik, hal-hazırda rəhbərlik və mentorluq edir. 4 ildən çox təlimçiliklə məşğuldur. Universitet və ictimai birliklərdə Natiqlik elmini tədris edir.

Ofelia Əliyeva

Psixoloq
Ofelia Əliyeva bir sıra ölkədaxili, həmçinin beynəlxalq forumların təşkilatçısı və ideya müəllifidir. 2019-cu ildə Ares Psixologiya Mərkəzinin baş psixoloqu olmuşdur. Hal-hazırda Gənclər Evləri ilə psixoloq kimi əməkdaşlığını davam etdirir. UNİCEF Azərbaycanın aparıcı psixoloqlarından biridir. Koqnitiv terapiya, Geştalt terapiya, Art Terapiya, Psixoanaliz, Rasional terapiya, CBT psixoloqun əsas texnikalarıdır.

Rövşən Şərif

İngilis dili müəllimi, yazar, təlimçi
İngilis dili üzrə instruktor, yazıçı, təlimçi 2016-2018-ci illərdə Tələbə Gənclər Təşkilatı çərçivəsində əksər klubların qurulması və idarə olunmasında aktiv iştirak edib. 2018-2020-ci illərdə Loqos Psixoloji Mərkəzində gənclərlə iş üzrə Sədr vəzifəsini icra edib. 2020-ci ildə ilk kitabı olan "Həyatın rəqsi" işıq üzü görüb. 2022-ci ildə ikinci kitabı olan "356 nömrəli Zaman qatarı" kitabı 3 ay ərzində bestseller olaraq Azərbaycanda ən çox oxunan kitablar sırasına daxil edilib. Hal-hazırda əsasını qoyduğu "TalkTime" akademiyasında direktor vəzifəsində çalışır.

Sara Rəcəbli

Sosial Sahibkar
Sosial sahibkarlıq üzrə təlimçi və mentor, BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı sosial sahibkar, Prezident Mükafatı, Qlobal Startap 2020 və Şahzadə Diana mükafatı qalibi 2017-ci ildə "Buta Art & Sweets" sosial biznesini yaradaraq sosial sahibkarlığa başlayıb. 17 ölkədə yerli və beynəlxalq tədbirlərdə sosial biznesi təmsil olunub. Haaqa şəhərində keçirilən "One Young World" zirvəsində iştirak etməyə təqaüd qazanıb. 2018-ci ildə Cenevrədə keçirilən UNCTAD gənclər forumunda iştirak edərək, BMT-də Azərbaycanı təmsil edib. 2020-ci ildə KOBİA-ın dəstəyi ilə Azərbaycanda Sahibkarların ilk Onlayn Forumunun təşkilatçılarından biri olub. 2022-ci ildə Mançester şəhərində, dünyanın ən böyük gənclər sammitində yeganə azərbaycanlı spiker kimi çıxış edib.

Organizing team

Xəlil
Həsənov

Baku, Azerbaijan
Organizer

Ulker
Rza

Baku, Azerbaijan
Co-organizer